Dünən İsmayıllıda Rayon icra hakimiyyətinin və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr edilən rəngarəng konsert olub.
Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə təşkil edilən tədbirdə hüquq-mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərləri, RİH-nin əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyət nümayəndələri, məktəblilər və İsmayıllı sakinləri iştirak edib.
RİH-nin başçısı Nahid Bağırov Novruz bayramı münasibətilə rayon sakinlərini, şənlik iştirakçılarını təbrik edib.
Mərkəzi meydanda bayram tonqalı qalanıb. Tədbir geniş və rəngarəng konsert proqramı ilə davam etdirilib. Azərbaycanın tanınmış müğənniləri Nigar Şabanova, Aytən Məhərrəmova, Lahıc və İvanovka folklor qurupları, Aşıqlar ansambılı bir-birindən fərqli ifalarla bayram iştirakçılarına xoş anlar bəxş ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.