AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şərqşünas alimlər Ankarada keçirilən konfransda iştirak ediblər - ÖZƏL

  • + A
  • - A
  • 18-03-2023, 21:11

    Şərqşünas alimlər Ankarada keçirilən konfransda iştirak ediblər -

    Bakı, 18 mart — Azadmedia.az
    AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Faidə Omarova və Aygül Mirzəyeva martın 18-də Türkiyənin paytaxtı Ankarada keçirilən V Beynəlxalq Sosial Elmlər Konfransına onlayn qatılıblar.

    F.Omarovanın “Dil hadisələrinin aydınlaşdırılmasında antroposentrik yanaşma” mövzusunda məruzəsində qeyd edilib ki, bizim dünyamız dil vasitəsilə dərk edilən, şərh edilən və ifadə olunan dünyadır. Dili dərk edib anlamaq üçün ilk növbədə danışan və düşünən şəxsiyyət olan, onun daşıyıcısı insana müraciət etmək lazımdır. Belə ki, dil insanın həyatı, fəaliyyəti və təfəkkürü ilə bilavasitə bağlıdır və cəmiyyətdən kənarda mövcud ola bilməz.
    Məruzəçi belə qənaətə gəlir ki, dilçiliyin müasir inkişaf mərhələsində antroposentrizm o zaman reallaşır ki, tədqiqatçı dili öz fərdi linqvistik instuisiyasına əsaslanaraq onun daşıyıcısı kimi öyrənir. Dil şəxsiyyətinin analizində insan başlanğıc nöqtəsinə çevriləndə, həmçinin müxtəlif sistemli tədqiqatlarda əsas keçidin təcəssümü şəklində olanda antroposentrik yanaşmanı müəyyən etmək mümkündür.

    A.Mirzəyeva konfransda “Dil və mədəniyyətin qarşılıqlı təsirinə dair” mövzusunda məruzə edib. Məruzədə öz ana dilini öyrənən hər bir nəslin, eyni zamanda özündən əvvəlki nəsillərin xarakterik xüsusiyyətlərini, mentalitetinin spesifik cəhətlərini mənimsədiyi və bunda da dilin rolun danılmazlığı qeyd edilib. Bildirilib ki, ortaq funksiyalar yerinə yetirən elmi fənlər kimi dil və mədəniyyətin qarşılıqlı əlaqə və təsiri ilə bağlı tədqiqatların aparılması dilçilik elmi ilə yanaşı, bir sıra digər insanın mərkəzi mövqe tutduğu elm sahələrinin də diqqətindədir. Psixologiya, sosiologiya, fəlsəfə, etnoqrafiya və s. kimi sosial elmlər bu kimi məsələlərinin öyrənilməsində aparıcı rol oynayır.

    Vüqar Məmmədov,
    AMEA-nın Şərqşünaslıq İnstitutunun
    ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
    filologiya üzrə fəlsəfə doktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR