AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şərqşünaslıq İnstitutunda "Elm millətin varlığının təminatçısıdır" mövzusunda elmi sessiya keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 27-03-2023, 20:20

    Şərqşünaslıq İnstitutunda "Elm millətin varlığının təminatçısıdır" mövzusunda elmi sessiya keçirilib -



    Bakı, 27 mart — Azadmedia.az

    Martın 27-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 mart – “Elm günü”nə həsr olunmuş "Elm millətin varlığının təminatçısıdır" mövzusunda elmi sessiya keçirilib.
    Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, ölkəmizdə elmə böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilən “Elm günü”nün tarixi 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yarandığı günə təsadüf edir. Akademik G.Baxşəliyeva qeyd edib ki, ölkəmizdə elmin sürətli inkişafı Azərbaycan Respublikasına rəhbərlik etdiyi həm sovet dövründə, həm də müstəqillik illərində elmə böyük qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
    Bu gün ölkəmizdə elmin inkişafının, iqtisadiyyatın və istehsal prosesinin elmi əsaslar üzərində qurulmasının dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edildiyini deyən G.Baxşəliyeva, bu baxımdan Azərbaycanın davamlı inkişafı naminə elm və təhsilin bir-birinə inteqrasiya olunmuş şəkildə, müasir texnologiyaların, innovasiyaların tətbiq edilməsi və cəmiyyətin maraqlarının qorunması şərtilə inkişaf etdirilməsinin əsas prioritet məsələ olduğunu qeyd edib.
    Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov “XIX əsrin I yarısında Avropa və Azərbaycanda elm” mövzusunda məruzə edib. Bəhs edilən dövrdə Avropada və Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyəti təhlil edən məruzəçi daha sonra elmi inkişafa təkan verən və ya onu ləngidən amillərdən danışıb. XIX əsrin I yarısında Avropada bəzi texniki nailiyyətlərdən, dəqiq və təbiət elmlərinin inkişafından, elmin istehsalatda tətbiqindən danışan N.Məmmədov, həmin dövrdə Şimali Azərbaycanda da elmi nailiyyətlərdən, ictimai və humanitar elmlərin inkişafından, doğma diyarın tarixi keçmişini öyrənməyə daxili tələbat hissinin formalaşmasından bəhs edib.
    Elmi sessiyada Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev “Qloballaşma dövründə elm və təhsilin rolu”, Türk filologiyası şöbəsinin elmi işçisi Xanım Abdullayeva “Elm – inteqrasiya etmiş ictimai əsaslar müstəvisində” mövzusunda məruzə ediblər. Sonda məruzələr ətrafında müzakirələr aparılıb.





    Vüqar Məmmədov,
    AMEA-nın Şərqşünaslıq İnstitutunun
    ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
    filologiya üzrə fəlsəfə doktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR