Rusiya, Azərbaycan və İran nümayəndə heyətlərinin bir gün əvvəl Bakıda keçirilmiş üçtərəfli görüşünün yekunlarına dair kommunike ölkələr arasında yükdaşımaların inkişafına həsr olunmuşdu.
Rusiya Federasiyası, Azərbaycan və İran ölkələr arasında nəqliyyat kommunikasiyalarının və yükdaşımalarının inkişafı ilə bağlı üç işçi qrupu yaradacaqlar.
Sənəddə bildirilir ki, görüş zamanı regionun tranzit potensialının inkişafı üçün gələcək səylərin vacibliyinə diqqət çəkilib. Tərəflər həmçinin nəqliyyat kommunikasiyalarının inkişafı və şaxələndirilməsi üzrə layihələrin icrasının sürətləndirilməsinin vacibliyini qeyd ediblər. Bu baxımdan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca infrastrukturun genişləndirilməsi üzrə paralel işlərin rolu vurğulanıb.
Bundan başqa, görüş iştirakçıları “Şimal-Cənub” dəhlizinin bütün uzunluğu boyunca sərhəd keçidi və müxtəlif əməliyyatların (nəqliyyat, sərhəd və gömrük) rəqəmsallaşdırılması ilə bağlı prosedurların sadələşdirilməsinin zəruriliyini qeyd ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.