AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və sosial siyasət” mövzusunda görüş keçirildi

  • + A
  • - A
  • 5-04-2023, 18:32

    Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və sosial siyasət” mövzusunda görüş keçirildi

    05 aprel 2023-cü il tarixində Göyçay Peşə Hazırlıq Mərkəzində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin 2 saylı Mərkəzi Aran Regional filialının kollektivi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və sosial siyasət” mövzusunda görüş keçirildi.
    İştirakçılar əvvəlcə müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
    Görüş Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət himnin səsləndirilməsi ilə açıq elan edildi.
    Çıxış edən M.Əfəndiyevilk növbədə Azərbaycanda sosial təminat qanunvericiliyinin formalaşması tarixindən bəhs edərək ölkəmizdə bütün sahələrdə olduğu kimi sosial təminat sahəsinin inkişafında da Heydər Əliyevin əvəzsiz rolunun olduğunu, Onun zəngin irsində sosial məsələlərin daim əhəmiyyətli yer tutduğunu qeyd etdi.
    Deputat vurğulayıb ki,bütün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə yad edir, hörmət və ehtiramla anır. Bunun təsadüfi olmadığını deyən millət vəkilinin sözlərinə görə, vətəndaşlarımız Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini yüksək qiymətləndirirlər:“Bugünkü Azərbaycan – Heydər Əliyev ideyalarının bariz ifadəsi, inkişaf, tərəqqi, rifah, sabitlik, təhlükəsizlik deməkdir.”
    Sonra M.Əfəndiyev Ulu Öndərin sosial sahəyə davamlı diqqət və qayğısı, müstəqil Azərbaycanın sosial siyasətinin formalaşması və təkmilləşməsinə dəlalət edən qanunlar haqda iştirakçılara geniş məlumat verərək bu gün müdrik siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm uğurlar qazanıldığını diqqətə çatdırdı.
    Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan, istər müstəqilliyin bərpası, istərsə də son illərdə Azərbaycanda əhalinin sosial müdafiəsi siyasəti, sosial təminat qanunvericiliyinin təkmilləşdirilməsi prosesindən ətraflı söhbət açdılar.
    Qarşılıqlı müzakirələrin sonunda görüşün yekun nitqi səsləndirildi, xatirə şəkili çəkdirildi. Sonda tədbir iştirakçıları görüşün təşkil olunması ilə bağlı təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirdilər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR