AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədovun köməkçiləri I Qarabağ müharibəsi şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

  • + A
  • - A
  • 5-04-2023, 18:33

    Millət vəkili Məşhur Məmmədovun köməkçiləri I Qarabağ müharibəsi şəhid ailələrini ziyarət ediblər -



    Bakı, 5 aprel — Azadmedia.az


    Hər zaman olduğu kimi, Millət vəkili Məşhur Məmmədov şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə həsasslıqla yanaşaraq diqqət və qayğı göstərməkdədir.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, millət vəkili Məşhur Məmmədovun tapşırığına əsasən, köməkçiləri l Qarabağ müharibəsi şəhid ailələrini ziyarət ediblər.

    Belə ki , 05.04.2023 - cü il tarixində millət vəkilinin köməkçiləri Hekayət Nəzərov və Rəmzi Şahverdiyev I
    Qarabağ şəhidləri - Şərəfə kəndindən İsmayılov Qəhrəman Həmzə oğlu və Xəlilov Hüsaməddin Xəlil
    oğlunun, Xallıcanlı kəndindən (Qarğalıq Ə.N) Qarayev Elşən Rəhman oğlu, Köçəkli (Həsənli Ə.N) kəndindən
    Rəhimov Sərhəddin Yədulla oğlu və Yaqubov Ceyhun Sabir oğlu, Masallı şəhərindən Xudaverdiyev
    Taleh Yusif oğlunun ailələrini ziyarət ediblər.

    İlk növbədə şəhid valideynlərinin hər birinə millət
    vəkili Məşhur Məmmədovun salamlarını çatdırıb, həmçinin onların qayğıları ilə maraqlanıblar.

    Qeyd edək ki, hər il Ramazan bayramı öncəsi şəhid valideynlərinin, qazilərin və aztəminatlı ailələrin ziyarət olunması Məşhur Məmmədov tərəfindən ənənəvi olaraq həyata keçirilir.

    Məhz bu il də ənənəyə sadiq qalaraq, millət vəkilinin köməkçiləri ziyarətləri davam etdirir. Ziyarət olunan şəhid
    ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
    Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və millət vəkili Məşhur Məmmədova minnətdarlıqlarını bildiriblər.

    Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR