AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda akademik Zərifə Əliyevanın anım günü ilə bağlı “Nurlu ömrün salnaməsi” adlı tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 12-04-2023, 16:37

    Masallıda  akademik Zərifə Əliyevanın anım günü ilə bağlı “Nurlu ömrün salnaməsi” adlı tədbir keçirilib -



    Bakı, 12 aprel — Azadmedia.az


    Aprelin 12-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatı və Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə əməkdaşlığı ilə görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı “Nurlu ömrün salnaməsi” adlı tədbir keçirilib.

    Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Dilbər İbayeva, Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva, Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ərazi partiya təşkilatının sədri Zamin Məmmədov, Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatının sədr müavini Dilarə Hüseynova, Masallı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları, təhsil və mədəniyyət işçiləri iştirak edib.

    Tədbirdə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Dilbər İbayeva Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevanın keçdiyi mənalı və şərəfli həyat yolundan, zəngin elmi irsindən, peşə və ictimai fəaliyyətindən bəhs edərək qeyd edib ki, tibb tariximizdə silinməz iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işləridir.

    Çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, ölkədə regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektiv müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq istiqamətində Zərifə xanım Əliyevanın fəaliyyəti danılmazdır. Onun effektiv mübarizə üsulları təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyır.
    Sonra Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq-alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb.

    Daha sonra “Əsl məhəbbət” sənədli film izlənilib.










    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR