"Hazırda Türkiyədə 27 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır".
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin tələbələrin ölkəyə qayıdışı onların təhsil aldıqları ali təhsil müəssisəsindəki təhsilin təşkili formasına uyğun olaraq, şəxsi seçimləri əsasında tənzimlənir.
"Azərbaycana qayıtmaq üçün hansısa müraciət-qeydiyyat prosesinə zərurət olmadığından onların müvafiq sərhəd-buraxılış məntəqələrindən ölkəyə girişi aidiyyəti dövlət qurumları tərəfindən idarə edilir. Elm və Təhsil Nazirliyində xaricdə, o cümlədən Türkiyədə yalnız dövlət hesabına təhsil alan Azərbaycan vətəndaşlarının qeydiyyatı aparıldığından şəxsi vəsait hesabına bu ölkədə təhsil alan Azərbaycana giriş edənlərin sayı barədə nazirlikdə məlumat mövcud deyil. Həmin şəxslərin hansı sərhəd-buraxılış məntəqələrindən ölkəyə buraxılmalarını aidiyyəti dövlət qurumu müəyyən edir", - deyə məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.