AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Norveç Milli Qvardiyasının təlimatçıları Ukrayna Silahlı Qüvvələrinə təlimlərə başlayırlar - SON DƏQİQƏ

  • + A
  • - A
  • 26-04-2023, 11:18

    Norveç Milli Qvardiyasının təlimatçıları Ukrayna Silahlı Qüvvələrinə təlimlərə başlayırlar -


    Norveç Milli Qvardiyasının təlimatçıları Ukrayna Silahlı Qüvvələrinin 100 hərbçisinə tibb, atəş hazırlığı və komanda rəhbərliyi üzrə təlimlərə başlayırlar.

    Belə ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir.

    Həmçinin bu təlim döyüş meydanına yaxşı motivasiyalı və təlim keçmiş hərbçi göndərmək məsələsində Ukraynanın Rusiyadan üstünlüyünü artıracaq. Təlim Ukrayna hərbçilərinin dörd intensiv həftə ərzində Norveçdə yüksək keyfiyyətli peşəkar təlim keçəcəyi bir neçə kursdan birincisidir.

    Qeyd edək ki, təlimatçıları işə götürən və təlim üçün lazım olan hər şeyi hazırlayan polkovnik Yens bildirib ki, ukraynalı əsgərlər Milli Qvardiya və Norveç Silahlı Qüvvələrinin peşəkar, ixtisaslı təlimatçıları ilə görüşmək imkanı əldə edəcək və onlara keyfiyyətli təlim keçəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR