Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Teknofest” aerokosmik texnologiya festivalını ziyarət edib. O, aprelin 26-da canlı müsahibə zamanı xəstələndikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Festival keçmiş Atatürk Beynəlxalq Hava Limanının ərazisində keçirilir. Tədbirdə Türkiyə Hərbi Hava Qüvvələrində istifadə olunan hərbi təyyarə və helikopterlər, PUA və digər texnikalar təqdim olunur, hava şousu da təşkil olunur. Azadmedia.az xəbər verir ki, cənab Ərdoğanla birlikdə həyat yoldaşı Əminə xanım da gəlib Azərbaycan prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva da festivalda iştirak edir.
Türkiyə prezidentinin səhhətinin pisləşməsinin rəsmi səbəbi mədə soyuqlaması adlandırılıb. Bunun fonunda Rəcəb Tayyib Ərdoğanla bir neçə tədbir təxirə salınsa da, aprelin 27-də o, Vladimir Putinlə birlikdə Akkuyu AES-də yanacaq tədarükü mərasimində onlayn iştirak edib. Türkiyənin müxalif nəşrləri cənab Ərdoğanın infarkt keçirməsi versiyasını irəli sürür, lakin onun administrasiyası bunu inkar edir. Xatırladaq ki, Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.