AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT və Avropa Şurası arasında əməkdaşlıq barədə qətnamə qəbul olundu - Rusiya təcavüzkar kimi göstərildi - Son dəqiqə

  • + A
  • - A
  • 1-05-2023, 14:04

    BMT və Avropa Şurası arasında əməkdaşlıq barədə qətnamə qəbul olundu -



    BMT Baş Assambleyasında BMT və Avropa Şurası arasında əməkdaşlıq barədə qətnamə qəbul olunub.

    Azadmedia.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa məlumat yayıb.

    Belə ki, qətnamədə Rusiya təcavüzkar kimi göstərilib.

    Həmçinin qətnamə 122 səs lehinə, 5 səs isə əleyhinə olmaqla qəbul edilib.

    Qətnamənin lehinə səs verən ölkələr arasında Rusiyanın strateji müttəfiqi Ermənistan da var.

    Rusiya, Belarus, Suriya, Nikaraqua və Şimali Koreya qətnamənin əleyhinə səs verib.

    Qeyd edək ki, Azərbaycan səsvermədə iştirak etməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR