Moskva və Varşava arasında münasibətlər, Polşa hakimiyyətinin davranışına görə, çətin ki, müsbət dinamika əldə etsin.
Azadmedia.az verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib
Belə ki, “Polşa hakimiyyətinin indiki davranışını nəzərə alsaq, ikitərəfli münasibətlərimizi yaxşı heç nə gözləmir”, deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov onu da qeyd edib ki, total rusofobiya Polşanın Rusiyaya qarşı adekvat addımlar atmasına mane olur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.