Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibənin başa çatdığını elan edə bilər.
Azadmedia.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, ukraynalı hərbi ekspert Roman Svitan bildirib.
Qeyd edək ki, "Putin mayın 9-da qələbəsini elan etməyə çalışacaq. O, Ukrayna ərazilərinin ələ keçirilməsi və quru dəhlizindən danışacaq. Putin qondarma "xüsusi hərbi əməliyyat"ın tapşırıqlarını yerinə yetirdiyini bildirəcək", - deyə Svitan deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.