"Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşünə hazırlıq gedir".
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Belə ki, onun sözlərinə görə, görüşün tarixi və keçiriləcəyi məkan bəradə danışmaq hələ tezdir.
Qeyd edək ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sözügedən görüşün mayın 10-da Moskvada keçiriləcəyini bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.