Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirləri arasında görüş mayın 10-da Moskvada keçirilə bilər.
Azadmedia.az xəbər verir ki, bunu NTV-nin canlı yayımında gündəmi dəyərləndirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Qeyd edilib ki, “Daha əvvəl hazırlıq görüşləri keçirilib, bütün danışıqlar bir yol xəritəsi çərçivəsində aparılır. Texniki görüşlər, xüsusilə sahədə təhlükəsizliyin artırılması, terrorla mübarizə mövzuları ətraflı müzakirə edilir. Digər tərəfdən, xarici işlər nazirlərinin müavinlərinin də görüşü olub. İndi ruslardan tarix təklifləri gəlib. Belə bir görüş yəqin ki, mayın 10-da baş tutacaq. Hazırda İran prezidenti Afrika səfərinə çıxmalıdı. Ona görə də İrandan kimin iştirak edəcəyi dəqiq deyil. Bu məsələ aydınlaşdırılmayıb, amma nəticədə bu görüşü də keçirəcəyik. Görüş Moskvada planlaşdırılır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.