“Müdafiə və təhlükəsizlik sahəsində atılan hər addım, həyata keçirilən hər bir layihə beynəlxalq bazarda mühüm aktora çevrilmiş Türkiyənin gücünü simvollaşdırır”.
Azadmedia.az xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.
Belə ki, Akar, modernləşdirmə razılaşması 2019-cu ilin oktyabr ayında 12-ci Hava Nəqliyyatı Əsas Baza Komandanlığında “Yenidən təchiz edilmiş 4-cü A400M nəqliyyat təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsi mərasimi”ndə imzalanıb, deyə bildirib.
Qeyd edək ki, nazir razılaşma çərçivəsində modernləşmə prosedurları tamamlanan 3 təyyarənin Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına daha öncə təhvil verildiyini, modernləşməsi tamamlanan 4-cü təyyarəni isə bu günlərdə qəbul etdiklərini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.