Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında vasitəçilər və müdaxilələr olmadan birbaşa danışıqları sülh sazişinin əldə edilməsinin ən yaxşı yolu hesab edir.
"Hesab edirəm ki, biz bu istiqamətdə hərəkətimizi davam etdirməliyik, əgər təbii ki, Ermənistan da buna hazırdırsa", - Azərbaycan prezidenti bildirib.
Azadmedia.az xəbər verir ki, Prezident həmçinin iki ölkənin xarici işlər nazirləri arasında danışıqların növbəti raundu bu ay Rusiyada keçirilməsi anonsunu verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.