ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların yekun raundu başlayıb. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.
Danışıqlarda ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək.
Görüş George Shultz adına Xarici Əlaqələr üzrə Milli Təlim Mərkəzində keçirilir.
Danışıqların əsas mövzusu sülh sazişidir.
Xatırladaq ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib. Danışıqlar mayın 2-də və 3-də ikitərəfli formatda davam etdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.