AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADPU Quba filialının müəllimləri tələbələrə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ustad dərsi keçiblər - FOTOLAR

  • + A
  • - A
  • 5-05-2023, 20:35

    ADPU Quba filialının müəllimləri tələbələrə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ustad dərsi keçiblər -

    Bakı, 5 may — Azadmedia.az
    ADPU Quba filialının müəllimləri tələbələrə Quba Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ustad dərsi keçiblər.

    Azadmedia.az xəbər verir ki, ustad dərsinə Əməkdar Mədəniyyət işçisi, ADPU-nun Quba filialının müəllimi Elza Orucova açılış edərək Ulu Öndərin həyatı və fəaliyyəti haqqında tələbələrə geniş məlumat verib.

    Daha sonra "Riyaziyyat və təbiət elmləri fakültəsinin" dekan müavini Nübar Bayramova Heydər Əliyev irsində multikultural dəyərlərdən bəhs edib.

    Filialın müəllimi, AMEA Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı "Heydər Əliyev və Azərbaycan tarixi" movzusunda tələbələrə geniş məlumat verib.
    Açıq dərs tələbələrin yüksək marağına səbəb olub.
    Sonda xatirə fotosu çəkdirilib.

    Ülkər Piriyeva















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR