Özbəkistanda növbədənkənar prezident seçkisi 2023-cü il iyulun 9-na təyin olunub.
Azadmedia.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi məlumat yayıb.
Məlumata görə, bu mövcud konstitusiyaya əlavə və dəyişikliklərdən sonra ilk prezident seçkisi olacaq.
Qeyd edək ki, dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri 5 ildən 7 ilədək uzadılıb. Konstitusiya görə, ikinci müddətə vəzifədə olan hazırkı Prezident Şavkat Mirziyoyev yenidən namizədliyini irəli sürə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.