Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı gərgin əməliyyat vəziyyəti səbəbindən NATO Hərbi Komitəsinin Baş Qərargah rəislərinin iclasında hətta videokonfrans formatında belə iştirakdan imtina edib.
Azadmedia.az xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer məlumat yayıb.
Belə ki, bildirilib ki, “Dünən mən Zalujnıdan məktub aldım və o mənə məlumat verdi ki, gərgin əməliyyat vəziyyətinə görə NATO Hərbi Komitəsinin iclasında hətta video formatında da iştirak edə bilməyəcək”.
Qeyd edək ki, NATO Hərbi Komitəsinin Baş Qərargah rəislərinin iclası bu gün Brüsseldə baş tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.