AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaxarova: Blinkenin sözləri Bakı və İrəvanın sülh prosesi ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir

  • + A
  • - A
  • 10-05-2023, 21:23

    Zaxarova: Blinkenin sözləri Bakı və İrəvanın sülh prosesi ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir

    Azadmedia.az rus mediasına istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycanın bəyanatları arasında Ermənistan-Azərbaycan danışıqları ətrafında vəziyyətlə bağlı fikir ayrılığına işarə edib. Onun sözlərinə görə, sülh müqaviləsinin əsas bəndləri üzrə tərəflər arasında mübahisələr qalmaqdadır.

    “Blinkenin Vaşinqton görüşündən sonra mühüm irəliləyişlə bağlı <...> bəyanatları, düzünü desək, Azərbaycan və Ermənistan tərəflərinin şərhləri ilə ziddiyyət təşkil edir. Sülh müqaviləsinin bir sıra maddələri üzrə irəliləyişlə yanaşı, bu sənədin bəzi əsas bəndləri üzrə mövqelərdə də davam edən fikir ayrılıqları var idi”, - Zaxarova qeyd edib.

    Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin qeyd etdiyi kimi, Bakı və İrəvan dialoqu davam etdirməlidir. O, həmçinin əlavə edib ki, onlar danışıqların yeni mərhələsi üçün platforma kimi Moskvanı seçiblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR