Sonuna qədər mübarizəmizə davam edəcəyik.
Azadmedia.az xəbər verir ki, bunu Türkiyədə keçiriləcək prezident seçkilərində ATA İttifaqının namizədi Sinan Oğan deyib.
Belə ki Oğan bildirib ki, “Son günlərdə bizə qarşı artan təxribat cəhdləri ilə bağlı seçki günü hər hansı hadisə yaşamaq istəmədik. Buna görə də bu axşam İstanbuldayam. Sabah da Ankarada olacağam. Lütfən, bizdən kənarda heç bir açıqlamaya etibar etməyin. Daha yeni başladıq. İstəyən varsa, namizədliyini lehimizə geri götürə bilər”.
Xatırladaq ki, bir müddət öncə Sinan Oğanın Antalyadakı mitinq proqramını ləğv etdiyini və Ankaraya gedərək komandası ilə məsləhətləşəcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.