Azərbaycan və Ermənistan arasında sülh sazişinin çox mühüm məsələsi ABŞ Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı bir məsələdir. Azadmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
"Biz hesab edirik ki, irəliyə doğru aydın bir yol var. Təbii ki, biz mayın əvvəlində bu iki ölkənin rəsmilərini qəbul etməyə şad olduq. Hesab edirik ki, danışıqlar effektiv olub və Brüsseldə başlayan danışıqların davam etdirilməsi üçün zəmin yaradıb və biz bu prosesin inkişafına şərait yaradacaq”, - Dövlət Departamentinin nümayəndəsi bildirib.
Vedant Patel qeyd edib ki, hərbi əməliyyatlar davamlı və ədalətli sülhə doğru irəliləyişə xələl gətirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.