Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə, müzakirələrdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, sülh müqaviləsi üzrə danışıqlar, eləcə də regiondakı mövcud vəziyyət müzakirə olunub.
Danışıqlar zamanı V.Bayramov sülh sazişi üzrə danışıqlarda Azərbaycanın mövqeyini və prioritetlərini, gələcək gözləntiləri qeyd edib. O, həmsöhbətə Ermənistanın sülh prosesinə və danışıqlara xələl gətirən təxribat xarakterli addımları barədə də məlumat verib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, regionda sülh və sabitliyin təmin edilməsi son dərəcə vacibdir və Rusiya tərəfi bu istiqamətdə istənilən dəstəyi verməyə hazırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.