Masallı rayon Heydər Əliyev Mərkəzində sərgi-plener təşkil olunub - FOTOLAR

Bakı, 12 may — Azadmedia.azMasallı rayon Heydər Əliyev Mərkəzində sərgi-plener təşkil olunub.
Azadmedia.az xəbər verir ki, mayın 12-də “Heydər Əliyev ili” çərçivəsində rəsm dərnəyinin şagirdlərinin “ Heydər Əliyev 100“ adlı sərgi-pleneri təşkil olunub.
Belə ki, Sərgi-pleneri Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva açaraq Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında məlumat verib. D. İbayeva Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə mərkəz tərəfindən keçirilən silsilə tədbirlər barədə məlumat verərək plenerin əhəmiyyətindən söz açıb.
Daha sonra Masallı rayon İcra Hakimiyyəti Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova sərgi-plenerin yeniyetmə və gənclərin vətənpərvərlik, dövlətə sədaqət və etimad ruhunda tərbiyə olunması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması və onların yaradıcılıq imkanlarını genişləndirmək məqsədilə keçirildiyini qeyd edib.





Ülkər Piriyeva
www.AzadMedia.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR