AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Danışıq "valsı" və ya vasitəçilərin mübarizəsi

  • + A
  • - A
  • 14-05-2023, 19:32

    Danışıq "valsı" və ya vasitəçilərin mübarizəsi

    Bütün diqqətlər Brüsselə yönəlib. Aydın mısələdir ki, bu, Rusiyanın xoşuna gəlmir. Onlar Qarabağın sabitləşmısində özlərindən başqa vasitəçilərin fəaliyyətinə qısqanclıqla yanaşırlar. Təbii ki, hər tərəf, o Moskva, o Brüssel, o Vaşinqton deyəcək ki, onlar ən konstruktiv tərəfdirlər, qalanları isə yalnız özlərinə siyasi xal qazanmaq üçün bu platformadan istifadə edirlər. Amma onu da xatırlamaq lazımdır ki, Vaşinqton və Brüssel Ermənistan-Azərbaycan prosesinə, ümumiyyətlə, açıq məqsədlə - Rusiyanın Cənubi Qafqazda nüfuzunun yaranmasının qarşısını almaq məqsədi ilə qoşulmuşdular. Onu da xatırlamaq lazımdır ki, Rusiya yeganə ölkədir ki, Qərbi Avropa və ya ABŞ-ın heç bir dövlətindən fərqli olaraq, birbaşa coğrafi cəhətdən regionda yerləşir. Rusiyanın Şimali Qafqaz respublikaları Azərbaycan və Gürcüstanla həmsərhəddir. Ona görə də rusiyalı diplomatlar bildirir ki, bizim üçün bunlar hansısa yad xalqlar, bölgələr deyil, yaxın xalqlardır, tariximiz Cənubi Qafqazla bağlıdır. Azərbaycan bizim üçün Qərb üçün olduğu kimi mücərrəd torpaq deyil, o, bizim qonşumuz, hörmətli strateji tərəfdaşımız və müttəfiqimizdir. Diplomatlar iddia edir ki, Rusiyanın Zaqafqaziya ilə bağlı müəyyən mənəvi amili var. Moskva indi müxtəlif növ təsirlərə, xüsusən də ermənipərəst qrupların təsirinə, qərbyönlü qrupların təsirinə - nəticədə, ümumiyyətlə, öz milli maraqlarımız üçün dağıdıcı qruplara məruz qalır. Hər zaman kimsə Moskvaya təsir göstərməyə çalışır, lakin Moskvanın regiona yanaşmasının mərkəzində o anlama dayanır ki, bu, Rusiyanın fikrincə ümumi bölgə, sərhəddir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR