Türkiyənin İYİ Partiyasının iqtisadi siyasət məsələləri üzrə sədr müavini Özcan Kadıoğlu vəzifəsindən istefa verib.
Azadmedia.az xəbər verir ki, istefa qərarını Kadıoğlu özü açıqlayıb.
Qeyd edib ki, “İstefamı idarəçilərimizin gözləməyimi istədikləri üçün bu gün elan edirəm. Daha əvvəl başqa bir partiyadan vilayət sədrliyi, digər partiyadan isə qurucu üzvlük təklifi almağıma baxmayaraq, partiyama sədaqət səbəbindən hamısından imtina etmişdim. Partiya mənə verilən sözləri yerinə yetirmədi”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.