Son 3 gündə Məhərrəm İncə tərəfdarları bizə rəsmən hücum etdi. Onlar seçki günü söz-söhbət yaradaraq məktəblərə “Sinan Oğan geri çəkildi” yazısı olan plakatlar asdılar.
Azadmedia.az xəbər verir ki, bunu ATA İttifaqından prezidentliyə namizəd Sinan Oğan deyib.
Belə ki o bildirib ki, "Hər cür çirkin oyunlar oynadılar, amma yenə də hədəfimizdən geri qalmadıq”
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 49.51, Kamal Kılıçdaroğlu 44.88, Sinan Oğan isə 5.14 faiz səs toplayıb. 28 may bazar günü ikinci turun keçirilməsinə qərar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.