Masallı Rayon Statistika İdarəsindən Azadmedia.az-ın cənub bürosuna verilən məlumatda bildirilir ki, 2023-cü ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 41054,7 min manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 56,3 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitlərin 29850,0 min manatı və ya 72,7 faizi yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Belə ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 39557,8 min manatı və ya 96,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 81,8 faiz çoxdur.
Qeyd edək ki, əsas kapitala yönəldilmiş vəsaitin 17,7 faizini dövlət sektoru, 82,3 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.