AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Masallı şəhər R. Əlihəsənov adına 1 saylı tam orta məktəbdə Masallı rayon İH, deputatlar və BDU rəhbərliyi ilə görüş keçirilib - FOTO

  • + A
  • - A
  • 19-05-2023, 22:26

    Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Masallı şəhər R. Əlihəsənov adına 1 saylı tam orta məktəbdə Masallı rayon İH, deputatlar və BDU rəhbərliyi ilə görüş keçirilib -


    Bakı, 19 may — Azadmedia.az


    19 may 2023-cü il tarixində Bakı Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, Masallı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İskəndərov ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Masallı şəhər R. Əlihəsənov adına 1 saylı tam orta məktəbinin şagirdləri ilə görüşüb.

    Azadmedia.az xəbər verir ki, görüş çərçivəsində BDU-nun rektoru Elçin Babayev, Tarix fakültəsinin kafedra müdiri Anar İsgəndərov, Kimya fakültəsinin dekanı Fuad Kərimli, Jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli Masallı şəhər R. Əlihəsənov adına 1 saylı tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı mühazirələr deyib, şagirdləri dahi liderin zəngin həyat və fəaliyyətini dərindən öyrənməyə, onun əsasını qoyduğu dəyərləri qorumağa və inkişaf etdirməyə səsləyiblər.

    Belə ki, məktəbin şagirdləri ilə görüşən BDU-nun rektoru Elçin Babayev müasir Azərbaycan dövlətinin qurucusu və memarı, bütün həyatını xalqımızın xoşbəxt gələcəyinə həsr edən Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin və çoxşaxəli fəaliyyətindən bəhs edib.

    Deputat Məşhur Məmmədov qeyd edib ki, Ulu Öndər özünün siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin edib.

    Deputat Anar İskəndərov vurğulayıb ki, Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Tarix fakültəsinin kafedra müdiri Anar İsgəndərov məruzə ilə çıxış edərək məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan bu dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət etdiyini qeyd edib.

    Ulu Öndər “Heydər Əliyev dərsi"ndə şagirdlər arasında aktiv iştirak edənlər mükafata laiq görülüblər.

    Sonda xatirə fotosu çəkdirilib.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR