ATA İttifaqının Türkiyə Prezidenti postuna namizədi Sinan Oğan ikinci turla bağlı qərarını açıqlayıb.
Bu barədə o, mətbuat konfransında məlumat verib.
O deyib ki, ikinci turda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək..
Sinan Oğan Türk Dövlətləri Təşkilatının gücləndirilməli olduğunu deyib.
Qeyd edək ki, Sinan Oğan seçkilərin ilk turunda 5%-dən çox səs toplayıb. Onu dəstəkləyən ATA İttifaqına daxil olan Ədalət Partiyası Kılıçdaroğlunu dəstəkləyib, Zəfər partiyası isə qərarını sabah açıqlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.