Bakı, 23 may — Azadmedia.azBanbaşı kənd sakini Əlicanov Adış Elbəyi oğlu 9 nəfərdən ibarət ailə üzvlərindən 2 nəfərinin I qrup əlil, 2 nəfərinin isə SİMU olması, yaşayış sahəsinin çox darısqal olduğunu, ailənin maddi imkanlarının olmadığını bildirmiş, uzun illərdir yuxarı rəhbər orqanlara müraciət edərək ona fərdi yaşayış evinin tikilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ailənin yaşadığı ünvanda olmuş, onlarla ətraflı söhbət etmiş, ailənin maddi durumu və yaşayış şəraiti ilə tanış olmuşdur.
“Heydər Əliyev İli” çərçivəsində Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə daxili imkanlar hesabına ailə üçün qısa müddətdə ümumi sahəsi 160 kv.metr ölçüdə olan bir mərtəbəli fərdi yaşayış evi tikilmiş və təmir olunaraq ailənin istifadəsinə verilmişdir.
Ailə üzvləri evin tikilərək onların istifadəsinə verilməsində göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə və əməyi keçən hər kəsə minnətdarlıqlarını bildirmişlər.