Rusiya Silahlı Qüvvələri sıralarında fərarilərin sayı artır.
Azadmedia.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının məlumatında deyilir.
Belə ki, Britaniya Müdafiə Nazirliyinin “Twitter“ səhifəsində dərc edilən məlumata əsasən, son vaxtlar Rusiya ordusunda fərarilərin sayı xeyli artıb.
Həmçinin nazirliyin analitiklərinin sözlərinə görə, bu ilin ilk 5 ayı ərzində Rusiya məhkəmələri ümumilikdə 1053 fərarilik işinə baxıb ki, bu da ötən illə müqayisədə xeyli çoxdur.
Qeyd olunub ki, məhkəmə sənədlərinə əsasən, rusiyalı fərarilər əksər hallarda şərti cəza alırlar. Bu qərar, onların yenidən Ukrayna ilə müharibəyə göndərilməsi üçün verilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.