Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müdafiə nazirləri Minskdə hərbi təhlükəsizliyə təhdidləri və fövqəladə hallarda yaranan böhran vəziyyətinə cavab tədbirlərinin təkmilləşdirilməsini müzakirə edəcəklər.
Azadmedia.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bildirib.
Qeyd edək ki, “Təşkilatın təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birgə hazırlığı, hərbi-texniki əməkdaşlığa dair sənədlərə də baxılması planlaşdırılır”, - deyə Zaynetdinov qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.