ABŞ Əfqanıstandakı qanunsuz silahlı qruplaşmalardan regionda sabitliyi pozmaq üçün istifadə etmək niyyətindədir.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
Qeyd edək ki, “Əfqanıstan qeyri-sabitliyin ən böyük ocağı olaraq qalır. Əsas təhlükə Taliban hakimiyyətə gəldikdən sonra bu ölkədə öz mövqelərini xeyli gücləndirən qanunsuz silahlı qruplaşmalardan gəlir. Hesab edirik ki, ABŞ bu terror təşkilatlarının potensialından regionda sabitliyi pozmaq üçün istifadə etmək niyyətindədir”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.