Zafer Partiyasına qalan 3,5 gün oldu. Bu vaxta qədər yığılan xətalar 3,5 günə bu qədər düzəldildi.
Azadmedia.az xəbər verir ki, bu sözləri Zafer Partiyasının sədri Ümid Özdağ seçkilərdə dəstək verdiyi Millət İttifaqı namizədi Kemal Kılıçdaroğlunun məğlubiyyəti haqda qeyd edib.
Belə ki, o bildirib ki, CHP-dən ilk telefon zəngi 18 mayda gəlib:
“İlk ziyarət 19 mayda, ikinci ziyarət 22 mayda oldu. 24 mayda protokol imzalandı. Zəfər Partiyasına 3,5 gün qaldı. Zafer Partiyası üzərinə düşəni etdi. Ancaq strateji xətalar taktiki uğurlarla düzəldilmir”.
Həmçinin Özdağ Zəfər Partiyasının Atatürk yolu ilə türk millətçiliyi mücadiləsinə ara vermədən davam edəcəyini vurğulayıb:
“21 ildir bir məğlubiyyətdən digərinə sürüklənən bütün yurddaşlarımızı türk millətinin zəfəri üçün Zafer Partiyasına dəvət edirəm. Türkiyə üçün qarşıdakı müddət çox çətin olacaq. Ərdoğan qazanıb, amma bu, bir Pirr qələbəsidir. Qazanırkən məğlub olmuşdur. Ümidsizliyə ehtiyac yoxdur”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.