Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəranın ictimai fəal gənci, 3 dəfə Respublika Mahnı Müsabiqəsinin qalibi, gənc müğənni Allahverən Pərvizoğlunu qəbul edib.
Görüş zamanı Allahverən Pərvizoğlu ona və ailəsinə göstərdiyi diqqət və qayğıya görə İcra başçısına dərin təşəkkürünü bildirib.
T. Qaraşov yaradıcı gəncin qayğıları ilə maraqlanıb.
Sonra A. Pərvizoğlu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ulu Öndərimiz" adlı mahnısına çəkilmiş klip ilə bağlı məlumat verib.
Bildirib ki, "Ulu Öndərimiz" mahnısının sözləri gənc şair-publisist Sevindik Nəsiboğluna, musiqisi Mehriban Aydınqızına, aranjimanı isə Fikrət Vasifoğluna məxsusdur.
A. Pərvizoğlu klip diskini Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşova təqdim edib.
Sonda İcra başçısı Taleh Qaraşov Lənkəranın uğur qazanmış gənci Allahverən Pərvizoğluna yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb və xatirə şəkili çəkdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.