AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Prezidenti Bakıya gəldi - Foto - Yenilənib

  • + A
  • - A
  • 30-05-2023, 11:23

    İsrail Prezidenti Bakıya gəldi - Foto - Yenilənib


    İsrail Prezidenti İshaq Hersoq Azərbaycana işgüzar səfərə yola düşüb.

    Bu barədə məlumatı İshaq Hersoq öz tviter hesabında paylaşıb.

    O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə dəvətə görə təşəkkür edib.

    ***
    İsrail Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycana rəsmi səfərə gəlib.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR