Bu gün Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir.
Oxu.Az xatırladır ki, müzakirələr “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısı çərçivəsində baş tuta bilər.
Azərbaycan və Ermənistan liderlərinin görüşünun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts iştirakı ilə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 31-də Moldovaya səfər edib. Dövlət başçısı Moldova Prezidenti Maya Sandu və bu ölkənin baş naziri Dorin Reçan ilə görüşlər keçirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.