Azərbaycanın Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq.
Azadmedia.az xəbər verir ki, bunu iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə deyib.
Qeyd edək ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıldı, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edildi. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.