KTMT-yə daim narazılığını bildirən və sərt tənqid edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün təşkilatın iclasında iştirak edəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV qəzeti məlumat yayıb.
Belə ki, Paşinyanın qərarı ilə Qriqoryan iyunun 7-8-də Minskdə olacaq.
Qeyd edilib ki, “Qriqoryan hakimiyyətin ən qatı antirusiya mövqeli təmsilçisi hesab olunur. O, İrəvanı KTMT-dən çıxmağa çağırır, təşkilatı daim sərt tənqid edir. Qriqoryan həm də Rusiyanın Ermənistanı İttifaq Dövlətinə qoşulmağa məcbur etməsi tezisinin müəllifidir. Onun KTMT iclasına göndərilməsi təsadüf deyil”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.