İranın paytaxtı Tehran şəhərinin meydanlarında reklam lövhələrində İsraili təhdid bannerləri quraşdırılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə İran mediası və SEPAH-a bağlı sosial media kanalları məlumat yayıblar.
Belə ki, “Fəttah” raketlərinin təsviri olan reklam lövhələrində onların üzərində fars, ərəb dillərində “Tel-Əvivə 400 saniyə” sözləri yazılıb.
Qeyd edək ki, İran “Fəttah” adlı ilk hipersəs raketini bir neçə gün öncə sınaqdan keçirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.