İŞİD terror təşkilatının Xorasan qolunun lideri Sanaullah Qafari kimi tanınan Şahab əl-Mühasir “Taliban”ın Əfqanıstanın cənubundakı Kunar əyalətində keçirdiyi əməliyyat nəticəsində öldürülüb.
Azadmedia.az xəbər verir ki, məlumatı Türkiyə KİV yayıb.
Belə ki, ötən ay isə onun “Mühəndis Ömər” adı ilə tanınan müavini öldürülüb.
Həmçinin S.Qafari “Taliban”ın devirdiyi Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzayın xüsusi mühafizə xidmətinin üzvlərindən olub.
Qeyd edək ki, S.Qafari 1990-cı ildə Əfqanıstanda anadan olub. O, Əfqanıstanın paytaxtı Kabul şəhər Politexnik Unversitetinin məzunudur
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.