İraqın şimalında həyata keçirilən “Pençe kilit” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi həlak olublar.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Twitter səhifəsində yazıb.
Belə ki, o, qeyd edib ki, əməliyyat çərçivəsində çavuş Cem Əhməd Qaya və Xəlil Şahin şəhid olublar.
Qeyd edək ki, nazir hərbçilərə rəhmət diləyib, ailələrinə, Türkiyə ordusuna və xalqına başsağlığı verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.