Bakı, 12 iyun — Azadmedia.az
Masallı rayon Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.
İyunun 5-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının birgə əməkdaşlığı ilə 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Milli qurtuluşdan Tarixi Zəfərə doğru” mövzusunda növbəti məşğələsi keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Heydər Əliyev fenomeni təbiətin yüz ildə, min ildə bir dəfə yaratdığı şəxsiyyətlərdəndir. O, Azərbaycanın hüdudlarına sığmayan dünya səviyyəli bir siyasətçi, uzaqgörən və istedadlı idarəçiliyi sayəsində respublikamızın hər sahədə inkişaf etməsini, bugünkü mövqeyə çatmasını təmin edən ölkə başçısı, bütün çətinliklərdən, ən ağır sınaqlardan keçməyi bacaran rəhbər kimi qiymətləndirilir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, bu xalqın taleyinə Heydər Əliyev kimi bir xilaskar düşmüşdür.
Daha sonra Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Dilbər İbayeva, Masallı Dövlət Regional Kollecin direktor müavini Dilarə Hüseynova, Masallı Tarix-diyarşünaslıq Muzeyinin əməkdaşı Sevinc Əliyeva və digər çıxış edənlər qeyd ediblər ki, məqsədi Azərbaycan, Azərbaycan xalqı, Azərbaycan respublikası, Azərbaycan vətəndaşı olan Heydər Əliyev iyirmi il öncə cismən bizi tərk etsə də, ürəklərdə yaşayır. Heydər Əliyev ideyaları xalqımızı daha parlaq gələcəyə aparır. Onun başa çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri layiqli davamçısı, özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi möhtərəm Prezidentimiz cənab İlham Əliyev və yüzlərlə minlərlə Əliyevçilər uğurla həyata keçirirlər. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var Heydər Əliyev əbədi yaşayacaqdır.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.