AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qubad İbadoğlu: AZAL-ın prezidentinin ailəsi otel tikir, şirkətin borcları dövlət büdcəsindən ödənilir

  • + A
  • - A
  • 14-05-2018, 09:36

    Qubad İbadoğlu: AZAL-ın prezidentinin ailəsi otel tikir, şirkətin borcları dövlət büdcəsindən ödənilir













    "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Qəmzəyevanın Batumidə ümumi dəyəri 31 milyon dollar olan 100 otaqlı beşulduzlu otel binası tikdirməsi barədə yayılan məlumatlar Azərbaycanda birmənalı qarşılanmayıb.

    Yerli mediada dərc olunan məlumatlara görə, Cahangir Əsgərovun prezidenti olduğu AZAL şirkətinin zərəri 1 milyard manatı keçib.

    2016-cı ildə AZAL-ın ümumi kapitalı 402 milyondan 175,5 milyon manatadək azalıb. Bununla yanaşı, milli aviaşirkətin öhdəlikləri il ərzində 10,3% artaraq 2017-ci ilin əvvəlində 2 milyard 382,5 milyon manat olub.

    "Azərbaycan Hava Yolları" aviaşirkəti 1992-ci ildən fəaliyyət göstərir. 2008-ci ildə şirkət 100% dövlət kapitallı qapalı səhmdar cəmiyyətə çevrilib.

    Gürcüstanın "NewsGeorgia" saytının yaydığı məlumata görə, "AZAL" Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun ailəsinə məxsus "Qrand Qloriya" mehmanxanası bu ilin iyununda açılacaq. Mehmanxananın sahibi olan "Qloriya" şirkətinin 50,8 % payı "AZAL" prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Z. Qəmzəyevaya, qalanı onun uşaqları Cəmilə və Məlahət Əsgərovalara məxsusdur. (https://www.newsgeorgia.ge/supruga-azerbajdzhanskogo-milliardera-postroila-v-batumi-pyatizvezdochnuyu-gostinitsu/)

    Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində yazır ki, AZAL şirkətinin prezidentinin ailəsi otel tikir, dövlət büdcəsindən şirkətin borcları ödənilir.

    “2016-cı ilin yazında maliyyə naziri Samir Şərifovun parlamentdə verdiyi açıqlamaya görə, AZAL-ın xarici borcu 650 milyon dolları ötüb. Həmin zamandan indiyədək, AZAL borclarını artırır. Ehtimal olunur ki, hazırda AZAL-ın borcu 1 milyard dollara çatır. AZAL-ın xarici öhdəliklərinin əksəriyyətinin zəmanəti dövlət tərəfindən verilib. Digər dövlət şirkətləri ilə yanaşı AZAL da xarici valyuta ilə olan borc öhdəliklərini icra etməkdə çətinlik çəkir. Borc vəsaitini "AZAL"-ın xərcləməsinə baxmayaraq, onun çox hissəsi dövlət büdcəsindən ödənilir. Bu isə dövlət büdcəsindən xarici borcların ödənilməsi üçün ayrılmış vəsaitlərin ildən-ilə sürətlə artmasına səbəb olur. Belə ki, 2018-ci ilin büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üçün 2 milyard 262 milyon manatdan çox vəsait nəzərdə tutulub”, İbadoğlu yazıb.

    AZAL prezidenti Cahangir Əsgərov və onun ailə üzvləri Batumidə istifadəyə hazır olan "Qrand Qloriya" mehmanxanasının ailəyə məxsus olub-olmaması və tikintiyə xərclənən vəsaitin mənbələri barədə hələ açıqlama verməyib.
    amerikaninsesi.org


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR