Suriyanın şimal-şərqində ABŞ hərbçilərinin olduğu helikopter qəzaya uğrayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı yayıb.
Belə ki, qəza nəticəsində 22 hərbçi yaralanıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, helikopter iyunun 1-də qəzaya uğrayıb, lakin hadisə ilə bağlı məlumat indi yayılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.