İyunun 12-də SEPAH Kürdüstan əyalətinin Sərvabad şəhərinin yaxınlığında yerləşən Kosalan dağı və ətraf bölgələrə artilleriya zərbələri endirib.
Azadmedia.az xəbər verir ki, bu barədə Kürdüstan İnsan Haqları Təşkilatı məlumat yayıb.
Belə ki, SEPAH qüvvələrinin Rezab kəndinin yüksəkliklərini bombardman etdikdən sonra bir neçə buldozeri əraziyə topladığı bildirilib.
Həmçinin, gecə saat 22 radələrində SEPAH qüvvələrinin toplaşdığı bölgədə güclü partlayış səslərinin eşidildiyi qeyd edilib.
Qeyd edək ki, son günlər SEPAH qərb sərhədlərinə çox sayda ağır və yüngül hərbi texnika və canlı qüvvə toplayaraq, bölgədə ciddi təhlükəsizlik tədbirləri görür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.