Ukraynada ölkənin bərpası üzrə nazirlik və dövlət agentliyi yaradılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal Teleqramda məlumat yayıb.
Belə ki, “Artıq Baş nazirin bərpa işləri üzrə müavini postu, müvafiq nazirlik və dövlət agentliyi yaradılıb. Bərpa arxitekturasının yaradılması üzərində işi davam etdiririk”, - deyə o paylaşımında yazıb.
Qeyd olunur ki, hazırda Ukraynanın bərpası ilə Reinteqrasiya Nazirliyi məşğul olur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.